“Milan”la oyundan öncə qarət olundu
“Napoli”nin futbolçusu Adam Unas qarət olunub. Hadisə İtaliya A Seriyasının XVIII turunun bugünkü “Milan”la matçı ərəfəsində baş verib.
25 yaşlı hücumçu evinin qarşısında cinayətkarlarla qarşılaşıb. Qarətçilər əlcəzairli futbolçunu qaraja aparıblar və ondan bütün pulunu, qızıl-zinət əşyalarını verməsini tələb ediblər. Onlar afrikalının 5 min avro dəyərində zəncirini alıblar.