“Milan”ın yeni transfer hədəfi
“Milan” heyətini gücləndirməyə hazırlaşır. Klub “Volfsburq”dan Aster Vranksı icarəyə götürmək niyyətindədir.
“Rossonerilər” 12 milyon avro ödəmək istəmədikləri üçün icarə müqaviləsini uzatmağa hazırlaşırlar. Çox güman ki, italyanlar icarə müddətini növbəti mövsümün sonuna kimi uzadacaqlar.