“Milan”ın seriyası davam edir
“Milan” A seriyasının 10-cu turunda “Verona” ilə qarşılaşıb. Şəhərin eyniadlı təmsilçisi rəqibi üzərində səfər qələbəsi qazanıb – 2:1.
“Rossonyerlər” bununla unikal göstəricisini davam etdirib. İtaliya çempionu “Top-5” liqalarda 2022-ci ildə keçirdiyi səfər matçlarının heç birində məğlubiyyət üzü görməyib.