“Milan”ın müdafiəçisi “Sampdoriya” ilə müqavilə imzalayır
“Milan”ın futbolçusu Andrea Konti klubunu dəyişəcək. Müdafiəçi “Sampdoriya”ya keçəcək.
O, Genuya təmsilçisi ilə mövsümün sonunadək müqavilə imzalayacaq. Anlaşmanın şərtlərində sözləşmənin sonradan üç illik uzadılması da var.
27 yaşlı müdafiəçi cari mövsümdə yalnız bir matça çıxıb. O, “Roma” ilə qarşılaşmada (3:1) şans qazanıb.