“Milan”ın hücumçusu “Çelsi”nin hədəfində
“Çelsi” “Milan”ın hücumçusu Rafael Leao ilə maraqlanır. Klub artıq italyanlarla danışıqlara başlayıb.
Londonluların baş məşqçisi Tomas Tuxel yay transfer pəncərəsi bağlanana qədər futbolçunu almaq istəyir. “Çelsi” portuqaliyalı üçün müqaviləyə bir və ya daha çox oyunçunu daxil edə bilər.