“Milan”ın futbolçusundan unikal uğur

“Milan”ın futbolçusundan unikal uğur

“Milan”a keçən Santyaqo Ximenez “Rossoneri”nin heyətində qol vuran ilk meksikalı olub. 23 yaşlı forvard İtaliya çempionatı çərçivəsində “Empoli”yə qalib gəldikləri oyunun (2:0) ikinci hissəsində meydana çıxıb və 76-cı dəqiqədə gözəl qola imza atıb.

“Opta”nın məlumatına görə, Ximenes həmçinin “Cenoa”da 4 dəfə fərqlənən Xoan Vaskes və “Napoli”nin rəqiblərini 23 dəfə məyus edən İrvinq Losanodan sonra A Seriyasında qol vuran üçüncü meksikalı olub.

ETOPAZ

Əvvəlki yazı

Mustafa Eskihellaç “Trabzonspor”da

Növbəti yazı

Marselo üçün vida mərasimi