“Milan”ın Ernandes planı
“Milan” futbolçusu Teo Ernandeslə danışıqları davam etdirir. İtaliya klubu fransalı müdafiəçi ilə yeni müqavilə ilə bağlı razılığa gələ bilmir.
Tərəflər ortaq məxrəcə gəlməkdə problemlə üzləşiblər. Teo mövsüm üçün 8 milyon avro maaş tələb edir. “Rossonyeri” bu məbləği ödəməyə hazır deyil.
Qeyd edək ki, müdafiəçinin indiki anlaşması 2026-cı ilin yayında başa çatacaq.