“Milan”ın Caka istəyi
“Milan” yeni baş məşqçisi Massimiliano Alleqrinin rəhbərliyi ilə “Bayer Leverkuzen”dən Qranit Cakanı heyətinə qatmaq istəyir.
Başa çatan mövsümü uğursuz keçirən İtaliya təmsilçisi “Real Madrid”dən azad agent kimi ayrılan Luka Modriçlə razılıq əldə etdikdən sonra diqqəti “Bayer”də oynayan 32 yaşlı isveçrəli yarımmüdafiəçiyə yönəldəcək.