“Milan”ın baş məşqçisi müəyyənləşdi
“Milan”ın baş məşqçisi bəlli olub. Bunu klubun mətbuat xidməti açıqlayıb.
“Rossonyeri” Paulo Fonsekaya tapşırılıb. 51 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Fonsekanın illik maaşı isə 3,5 milyon avro dəyərində olacaq.