“Milan”ın Arda planı
“Real”ın futbolçusu Arda Gülər karyerasını İtaliyada davam etdirə bilər. Türkiyəli yarımmüdafiəçi “Milan”ın hədəfindədir.
A seriyası təmsilçisi Ardanı icarəyə götürmək istəyir. “Rossonyeri” bu keçidi yanvarda reallaşdırmağı planlaşdırır. Milanlılar icarə müqaviləsində sonradan transfer etmək hüququnun yer almasının tərəfdarıdır.
Qeyd edək ki, futbolçunun özü “Real”dan ayrılmaq istəmir.