“Milan”ı dayandıran tapıdl

“Milan”ı dayandıran tapıdl

“Milan”ın İtaliya kubokundakı uğurlu seriyası qırılıb. “Rossonyeri” 14 ildən sonra 1/4 finalçılar sırasında olmayacaq.

Stefano Piolinin yetirmələri 1/8 finalın əlavə vaxtında “Torino”ya 0:1 hesabı ilə uduzub. Cari mövsümədək milanlılar 13 il idi bu mərhələni uğurla adlayırdı.

Komandanın 1/4 finala həsrət qalması sonuncu dəfə 2008/09 mövsümündə qeydə alınıb. Həmin vaxt Karlo Ançelottinin çalışdırdığı “Milan” “Latsio”ya 1:2 hesabı ilə yenilib.

ETOPAZ

Əvvəlki yazı

31 ildən sonra yarımfinalda

Növbəti yazı

Alkarasa üç təhlükə