“Milan”dan yeni təklif
“Milan” Mayk Manyanı komandada saxlamaq niyyətindədir. Klub ona yeni müqavilə təklif edib.
“Rossonyerlər” qapıçını buraxmaq niyyətində deyil. İtaliya klubu 30 yaşlı qolkiperlə 3 illik müqavilə imzalamağı planlaşdırır.
Lakin Manyan hələ ki klubun təklifinə konkret cavab verməyib.
Fransa millisinin qapıçısı 2021-ci ildə “Lill”dən “Milan”a keçib.













