“Milan”dan “Napoli”yə
“Milan”ın futbolçusu Yunus Musa komandasını dəyişməyə yaxındır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, ABŞ millisini təmsil edən mərkəz yarımmüdafiəçisi “Napoli” ilə müqavilə imzalamağa çox yaxındır. Tərəflər arasında şifahi razılıq əldə olunub.
Neapolluların baş məşqçisi Antonio Konte bu transferlə şəxsən maraqlanır.