“Milan”dan Konseysao qərarı

“Milan”dan Konseysao qərarı

“Milan” baş məşqçisi Serjio Konseysao ilə bağlı qərarını verib. Portuqaliyalı mütəxəssis mövsümün sonunda postundan ayrılacaq.

O, 2024-cü ilin dekabrından “rossonyeri”yə rəhbərlik edir. Konseysao klubu ilə İtaliya Superkubokunu qazansa da, komandanın A seriyasında 8-ci pillədə qərarlaşması rəhbərliyi qane etmir.

Onunla yanaşı, Joao Feliks də komandadan ayrılacaq. Portuqaliyalı icarədən götürüldüyü “Çelsi”yə qayıdacaq.

Qeyd edək ki, Milanın eyniadlı təmsilçisi kubokun finalında “Bolonya”ya 0:1 hesabı ilə uduzub.

ETOPAZ

Əvvəlki yazı

UFC Baku turnirinin 9 döyüşü bəlli oldu

Növbəti yazı

Ən yaxşı adına 8 namizəd