“Milan”dan “Barselona”ya
“Milan”ın yarımmüdafiəçisi yayda “Barselona”ya keçəcək. Kataloniyalılar Frank Kessienin xidmətində maraqlıdır.
25 yaşlı oyunçu La Liqa təmsilçisinə keçid üçün İsveçrənin Luqano şəhərində tibbi müayinədən keçib. O, “Barselona” ilə 4 illik müqavilə imzalayıb. Kessienin “Milan”la sözləşməsi bu mövsümün sonu başa çatır. Fildişi Sahili millisinin üzvü yeni klubuna azad agent kimi keçəcək. .
Qeyd edək ki, Frank bu mövsüm A seriyasında meydana çıxdığı 23 matçda 5 qol vurub.