“Milan”dan 11 ilin uğursuzluğu
“Milan” A seriyasının 11-ci turunda “Udineze” ilə görüşüb. “Rossonyeri” evdə 0:1 hesabı ilə uduzub.
Milanlılar 9-cu turda öz meydanında “Yuventus”a da eyni hesabla məğlub olub. Şəhərin eyniadlı klubu ardıcıl ikinci dəfə ev oyununda qol vurmadan uduzub.
Bu, son 11 ildə ilk belə uğursuzluqdur. 2012-ci ilin avqust-sentyabr aylarında “Sampdoriya” və “Atalanta” “San-Siro”da eyni – 1:0 hesablı qələbə qazanıb.