“Milan”da yeni yarımmüdafiəçi
“Milan” heyətini yeni oyunçu ilə gücləndirib. Klub “Brügge”nin yarımmüdafiəçisi Şarl de Keteları transfer edib.
“Rossonerilər” futbolçunun keçidi üçün bonuslar da nəzərə alınmaqla 36 milyon avro ödəyəcək. O, bu gün tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün Milana uçacaq. Keçidin bazar ertəsi rəsmiləşməsi gözlənilir.