“Milan”da yeni müqavilə
“Milan” Sandro Tonali ilə müqaviləni uzadacaq. Bununla bağlı yarımmüdafiəçinin nümayəndələri ilə danışıqlar yekunlaşmağa yaxındır.
22 yaşlı futbolçunun anlaşması daha bir illik uzadılacaq. Yeni imzalanacaq müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Tonali ötən mövsümün 45 oyununda 5 qol vurub.