“Milan”da yeni müqavilə
“Milan” komandanın əsas qapıçısı Mayk Menyanla bağlı qərarını verib. Klub onu heyətdə saxlamaqda qərarlıdır.
”Qrmızı-qaralar” fransalı qolkiperə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə təklif edib.
Yeni anlaşmaya əsasən, Menyanın illik maaşı təxminən 7 milyon avro olacaq. Hazırkı müqavilə isə gələn il başa çatacaq və klub bu riski aradan qaldırmaq istəyir.










