“Milan”da yeni müqavilə
“Milan”da yeni müqavilə imzalanıb. Klub yarımmüdafiəçi Aleksis Salemakers ilə anlaşıb.
Bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı belçikalı ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə imzalanıb.
Qeyd edək ki, Aleksis Salemakers 2020-ci ildən “Milan”da çıxış edir.













