“Milan”da yeni müqavilə

“Milan”da yeni müqavilə

“Milan” 26 yaşlı yarımmüdafiəçisi Tayani Reynderslə yeni müqavilə imzalayıb. Razılaşma 2030-cu ilin iyununa qədər qüvvədə olacaq.

Sözləşməyə əsasən, Reyndersin maaşı 1,7 milyon avrodan 3,5 milyon avroya yüksəlib.

Qeyd edək ki, niderlandlı futbolçu 2023-cü ilin yayında “Milan”a qoşulub. Cari mövsümdə o, İtaliya A Seriyasında 26 matçda 8 qol və 2 asistlə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya”da ayrılıq

Növbəti yazı

Millimiz daha bir yoxlama matçı keçirəcək