“Milan”da üç müqavilə
“Milan”da üç müqavilə imzalanıb. Klub rəhbərliyi iki rəsmi və bir futbolçu ilə anlaşmanı uzadıb.
Texniki direktor Paolo Maldini və idman direktoru Frederik Massara 2024-cü ilin yayınadək “rossonyeri”dəki vəzifəsində qalacaq. Komandanın qapıçısı Antonio Mirante də yeni sözləşmə imzalayıb. O, 2023-cü ilin yayınadək klubunun formasını geyinəcək.