“Milan”da növbəti müqavilə

“Milan”da növbəti müqavilə

“Milan” “Krotone”nin yarımmüdafiəçisi Junior Messiasla bağlı qərarını verib. İtaliya çempionu ötən mövsümü icarə əsasında bu komandada keçirən 31 yaşlı hücumameyilli oyunçunu birdəfəlik transfer edib.

Braziliyalı futbolçunun çıxışından məmnun qalan “rossonyerlər” “Krotone”nin tələb etdiyi təzminatı ödəyərək, onun transfer hüququna yiyələnib. Messias milanlılarla 2 illik müqavilə imzalayıb. Bu keçid A seriyasının qalibinə 4,5 milyon avroya başa gəlib.

Qeyd edək ki, Junior Messias ötən mövsüm “Milan”ın heyətində 32 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə verib.

ETOPAZ

Əvvəlki yazı

Bremer “İnter”in hədəfində

Növbəti yazı

Ake transferində irəliləyiş