“Milan”da istefa
Paolo Maldininin “Milan”dan ayrılması rəsmiləşib. Bunu İtaliya klubunun mətbuat xidməti açıqlayıb.
O, “rossonyeri”nin texniki direktoru vəzifəsindən istefa verib. Onunla birlikdə idman direktoru Frederik Massaranın istefasının da rəsmiləşəcəyi gözlənilir.