“Milan”da ciddi itki
“Milan”da ciddi itki baş verib. Komanda İtaliya Superkubokunun yarımfinal görüşü öncəsi pis xəbər alıb.
Portuqaliyalı vinger Rafael Leao sıradan çıxıb. O, əzələ zədəsi səbəbindən komandaya kömək edə bilməyəcək.
“Yuventus” – “Milan” qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 23:00-da Səudiyyə Ərəbistanında “Əl-Avval Park” stadionunda baş tutacaq.