“Milan”da ayrılıq yaşana bilər
“Milan”da ayrılıq baş verə bilər. Olivye Jiru mövsümün sonunda komandanı tərk etməyə yaxındır.
O, klubla iyunda başa çatacaq müqaviləsini uzatmağı düşünmür. 37 yaşlı forvard hələ ki, gələcəyi ilə bağlı qərar verməyib. Qeyd edilir ki, “Milan” növbəti mövsümdə hücumçu almağı planlaşdırır və buna görə də Jiru start heyətdəki yerini itirə bilər.
Forvardın MLS-ə keçməyi düşündüyü bildirilir. Fransalı futbolçu qərarını mövsümün sonuna yaxın verəcək.