“Milan”da 3 yeni müqavilə
“Milan” üç futbolçusu ilə yeni müqavilə imzalayacaq. Bunu klubun texniki direktoru bildirib.
Paolo Maldini hazırda oyunçularla danışıqlar apardıqlarını açıqlayıb:
“Hazırda biz İsmael Bennaser, Pyer Kalulu və Rafael Leao ilə müqavilələrin yenilənməsi ilə bağlı danışıqlar aparırıq. Biz onların komandada qalmasını istəyirik. Lakin bu, həm də oyunçulardan asılıdır”.