“Milan” Taremidən əl çəkmir
“Milan” Mehdi Tareminin transferi ilə bağlı danışıqları bərpa edib. İtaliya klubu hücumçunu ələ keçirmək üçün “Porto” ilə ortaq məxrəcə gəlməyə çalışır.
31 yaşlı iranlı forvard 2019-cu ilin yayından Portuqaliya nəhəngində forma geyinir. “Porto”ya qədər Taremi “Rio Ave”də çıxış edib.
O, ötən mövsüm 33 çempionat matçında iştirak edib. Mehdi 22 qol vurub.