“Milan” “Sassuolo”nun yarımmüdafiəçisini istəyir
“Sassuolo”nun yarımmüdafiəçisi Hamed Traore klubdan ayrıla bilər. O, “Milan”ın hədəfinə düşüb.
Buna səbəb “rossoneri”nin “Lill”in futbolçusu Renato Sançeşi transfer etmək istəyərkən üzləşdiyi uğursuzluqdur. Portuqaliyalının PSJ-yə keçməsi gözlənilir. Sançeşin keçidi baş tutmasa, “Milan” bütün diqqətini Traoreyə yönəldəcək.