“Milan” Qroneveldi istəyir
“Milan” heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir. Klub “Vilyarreal”ın forvardı Arno Qroneveldi istəyir.
26 yaşlı hücumçunu transfer etməyi hədəfləyən Milan təmsilçisi ispanlarla danışıqlara start verib. Niderland millisinin də şərəfini qoruyan Arnonu vətənində “Feyenord” və İngiltərədən “Everton” da heyətində görmək istəyir.