”Milan” Origi ilə yollarını ayırdı

”Milan” Origi ilə yollarını ayırdı

“Milan” Divok Origi ilə bağlı qərarını verib. Klub onunla müqavilənin ləğv olunduğunu açıqlayıb.

Belçikalı hücumçu 2022/23 mövsümündən əvvəl “Liverpul”dan İtaliya klubuna transfer olunub. “Rossoneri”də o, bütün turnirlərdə 36 oyun keçirib və 2 qol vurub.

Qeyd edək ki, Origi may 2023-dən bəri “Milan”da oynamayıb. 2023/24 mövsümünü isə icarə əsasında “Nottingham Forest”də keçirib.

ETOPAZ

Əvvəlki yazı

“Lans”dan yeni transfer

Növbəti yazı

“Tottenhem”dən MLS-ə