“Milan” Menyanla razılığa gəldi
“Milan” Mayk Menyanı heyətində saxlayacaq. Tərəflər müqavilənin uzadılması barədə razılığa gəliblər.
Fransalı qapıçının İtaliya klubu ilə yeni sözləşməsi 2031-ci ilə qədər qüvvədə olacaq. Müqavilənin yaxın günlərdə rəsmiləşdirilməsi gözlənilir.
Qeyd edək ki, cari mövsümdə A Seriyasında 30 yaşlı qolkiper 20 matç keçirib və 16 qol buraxıb.












