“Milan” “Mançester Siti”nin müdafiəçisini istəyir
“Milan” müdafiə xəttini gücləndirməyi planlaşdırır. Klub “Mançester Siti”nin futbolçusu Joao Kanselo ilə maraqlanır.
Dünya çempionatından sonra o, “şəhərlilər”in heyətindəki yerini itirib. Xosep Qvardiola onun yerinə Riko Luisi meydanda görməyə üstünlük verir. Futbolçunun klubu ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.