“Milan” Loftus-Çikə elçi düşdü

“Milan” Loftus-Çikə elçi düşdü

“Çelsi”nin futbolçusu Rubern Loftus-Çik karyerasını İtaliyada davam etdirməyə yaxındır. Yarımmüdafiəçi “Milan”a keçə bilər.

27 yaşlı ingiltərəlinin transferi ilə bağlı danışıqlar başlayıb. Futbolçunun özü də İtaliyada oynamaq arzusundadır.

Loftus-Çik cari mövsümdə 31 oyun keçirib. Onun hesabında 2 assist var.

Rubenin transfer dəyəri 25 milyon avro ilə dəyərləndirilir.

ETOPAZ

Əvvəlki yazı

Mourinyo üçün uğursuz seriya

Növbəti yazı

Lebrondan yeni rekord