“Milan” Jirunu qapıçılar siyahısına əlavə etdi
“Milan” qolkiperlər siyahısına daha bir futbolçu artırıb. Klub hücumçu Olivye Jirunu həmin cədvələ əlavə edib.
Daha əvvəl fransalı A Seriyasının “Cenoa” ilə oyununda (1:0) son dəqiqələrdə qapıda durmuşdu. Matçdakı yeganə qolu da Jiru vurub.