“Milan” İbrahimoviçlə müqaviləni yenilədi
“Milan” daha bir oyunçusunu komandada saxlayıb. Klub hücumçu Zlatan İbrahimoviçlə müqavilənin müddətini uzadıb.
40 yaşlı isveçli milanlılarla 2023-cü ilə qədər nəzərdə tutulan sözləşmə imzalayıb. Yeni müqaviləyə əsasən, İbrahimoviçin bonuslar nəzərə alınmadan 1 milyon avrodan çox qazanacağı bildirilir.