“Milan” Ernandesə əvəzedici tapdı

“Milan” Ernandesə əvəzedici tapdı

“Milan” komandanı tərk edəcək Teo Ernandesə əvəzedici axtarır. “Rossoneyerilər” bu məqsədlə Aleksandr Zinçenko ilə maraqlanırlar.

“Arsenal”da oynayan ukraynalı müdafiəçinin komanda ilə 2026-cı ilin yayına kimi müqaviləsi var. Başa çatmış mövsümdə cəmi 23 oyunda meydana çıxan Aleksandr bir qol və bir ötürmə ilə fərqlənib. Heyətdəki yerini itirən 28 yaşlı futbolçu yeni variantları nəzərdən keçirir.

Qeyd edəək ki, Teo “Atletiko”nun hədəfinə düşüb. “Milan”ın onu 18-20 milyon avroya satması gözlənilir.

ETOPAZ

Əvvəlki yazı

Fatiyə gələn təklif qəbul olunmadı

Növbəti yazı

“Milan”ın Caka istəyi