“Milan” “Çelsi”nin futbolçusunu istəyir

“Milan” “Çelsi”nin futbolçusunu istəyir

“Çelsi”nin yarımmüdafiəçisi Karni Çukvuemeka İtaliya klubuna keçə bilər. “Milan” futbolçunun transferi ilə bağlı danışıqlar aparır.

İtaliya təmsilçisi yarımmüdafiəçini 6 aylıq icarəyə götürmək istəyir. Müqaviləyə mövsüm sonunda futbolçunun satınalma variantı da daxil olacaq.

21 yaşlı ingilis bu mövsüm “Çelsi”nin cəmi 4 matçında iştirak edib.

Çukvuemekanın London klubu ilə müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir. Onun transfer qiyməti 15 milyon avro olaraq qiymətləndirilir. Çukvuemeka ötən mövsümə “Çelsi”nin əsas oyunçusu kimi başlamışdı, lakin dizindən aldığı bir sıra zədələr yarımmüdafiəçinin komandada möhkəmlənməsinə mane oldu.

ETOPAZ

Əvvəlki yazı

Nani karyerasını başa vurdu

Növbəti yazı

AFFA Hakimlər Komitəsinin sədri “Qalatasaray”ın matçında