“Milan” “Çelsi” ilə danışıqlara başladı
“Milan” Ruben Loftus-Çikin transferi ilə bağlı danışıqlara başlayıb. İtaliya klubu 27 yaşlı yarımmüdafiəçini yayda heyətinə qatmağı planlaşdırır.
Onun müqaviləsi ilə məxsus olduğu “Çelsi” ilə ilkin danışıqlar baş tutub. İngiltərəli 2024-cü ilin yayına qədər London klubuna bağlıdır.
“Zadəganlar” anlaşmanı uzatmaq fikrində deyil. Bu üzdən Loftus-Çikin satılacağı real görünür.
Qeyd edək ki, Ruben mövsümün 28 matçında 1 asssitlə yadda qalıb.