“Milan” Asensioya “elçi düşdü”
“Real”ın futbolçusu Marko Asensio karyerasını A Seriyasında davam etdirməyə yaxındır. Yarımmüdafiəçi “Milan”ın transfer siyahısındadır.
A seriyası təmsilçisi 26 yaşlı futbolçunu yayda heyətinə qatmaq istəyir. “Real” ildə 7 milyon avro maaş tələb edən oyunçusunu saxlamaq fikrindədir. “Milan” isə yalnız 5 milyon ödəməyə razıdır.
Qeyd edək ki, Asensio mövsümün 40 oyununda 12 qola imza atıb. Onun müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.