“Milan” 8-ci dəfə
İtaliya Superkubokunda 2024-cü il mövsümünün qalibi bəli olub. Səudiyyə Ərəbistanında keçirilən final qarşılaşmasında Milan derbisi baş tutub.
Oyun maraqlı və gərgin mübarizə şəraitində keçib. “İnter” hesabda 2:0 önə keçsə də, “Milan” geridönüş edə bilib. Komandanın yeni baş məşqçisi Serjio Konseysaonun əvəzetmələri matçın gedişinə təsirsiz ötüşməyib. “Rossoneyerlilər” 3 qol vuraraq, 3:2 hesabı ilə qalib gəlib. “Qırmızı-qaralar” həlledici topu 90+3-cü dəqiqədə rəqibin qapısından keçirib.
“Milan” tarixində 8-ci dəfə İtaliya Superkubokunu qazanaraq, bu göstəricidə “İnter”ə çatıb. “Yuventus”un hesabında 9 titul var.