“Milan” 10 ildən sonra
A Seriyasında 36-cı turun görüşləri keçirilib. Lider “Milan” “Verona”nı məğlub edib – 3:1.
Bununla da “rossoneri” ölkə çempionatında son 10 ildə ilk dəfə 80 xal toplayıb. 2011/12 mövsümündə də “Milan” 80 xala malik idi. Lakin 38 turdan sonra komanda “Yuventus”dan (84 xal) geri qalaraq ikinci yeri tutmağı bacarmışdı.