Mikautadze Beylin göstəricisini təkrarladı
Georgi Mikautadze Avropa çempionatının tarixinə düşüb. O, buna Çexiya ilə matçda qol vuraraq imza atıb.
Gürcüstan millisinin hücumçusu komandasının ilk iki oyununun hər birində qol vuraraq uelsli Qaret Beylin nəticəsini təkrarlayıb. Forvard bunu Türkiyə və Çexiya ilə matçlarda edib. Uelsli isə 2016-cı ildə slovaklara və ingilislərə qarşı oyunların hərəsində bir qol vurub. Ancaq Beyl həmin il qitə çempionatında debüt edən komandasının Rusiya ilə 3-cü oyununda da fərqlənib. Mikautadze bu tarixi uğuru təkrarlamaq üçün indi Portuqaliya ilə matçda da qol vurmalıdır.