Miçel istefaya göndərildi

Miçel istefaya göndərildi

İspaniya La Liqasında daha bir baş məşqçi istefası gerçəkləşib. “Xetafe” Miçellə yollarını ayırıb.

Bunu klubun mətbuat xidməti açıqlayıb. Bu qərarı “Xetafe”nin direktorlar şurası verib.

Miçel və onun məşqçilər korpusu klubdan ayrılıb. Belə addım atılmasına uğursuz nəticələr səbəb olub. 8 turdan sonra hesabında 1 xal olan komanda La Liqanın turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.

Xatırladaq ki, Miçel bu ilin iyulunda “Xetafe”nin baş məşqçisi təyin olunmuşdu.

ETOPAZ

Əvvəlki yazı

Ranyeri yenidən Premyer Liqada

Növbəti yazı

Kumanla bağlı qərar