Messiyə yeni təklif
Argentina millisinin kapitanı Lionel Messinin PSJ ilə bağlayacağı yeni müqavilənin bəzi detalları məlum olub. Yaxın zaamanda ulduz futbolçunun Paris klubu ilə razılaşmasının artırılması yönündə həlledici ola biləcək görüş baş tutacaq.
İclasda Paris klubunun müşaviri Luis Kamposun nümayəndələri, prezident Nasser Əl-Xelaifi, həmçinin futbolçunun atası Xorxe Messi və agenti iştirak edəcək. Yeni müqavilə üçün iki variant var. Bunlardan ilki bir illik müqavilə, digəri isə futbolçunun istəyindən asılı olaraq komandada istədiyi qədər çıxış etməsidir.