Messiyə yeni müştəri
Lionel Messini heyətində görmək istəyən klubların siyahısına daha biri əlavə olunub. İtaliya “İnter”i argentinalı hücumçunu heyətinə qatmağı planlaşdırır.
Milan təmsilçisi yayda PSJ ilə müqaviləsi başa çatan cənubi amerikalını azad agent kimi ələ keçirmək niyyətindədir. “İnter” 2021-ci ilin yayında da Messiyə elçi düşmüşdü.
Lakin “Barselona”dan ayrıldığı vaxt hücumçu PSJ-yə üstünlük vermişdi. Klubun vitse-prezidenti Xavyer Zanetti danışıqları yenidən bərpa etmək niyyətindədir.