Messiyə MLS iddiası

Messiyə MLS iddiası

Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi 2023-cü ilin yayında MLS klubuna keçəcək. Bunu “The Times” nəşri iddia edir.

Bildirilir ki, 35 yaşlı cənubi amerikalı yaxın müddətdə müqavilə imzalayacaq. Messi MLS tarixində ən yüksək ödənişli futbolçu olacaq.

Qeyd edək ki, Lionelin PSJ ilə anlaşması 2023-cü ilin yayında başa çatacaq. Lakin onun müqaviləsində sonradan bir il müddətinə uzadılma ilə bağlı bənd də yer alıb.

e-Topaz

Əvvəlki yazı

Vitse-çempiondan əzmkar qələbə, Kanada qrupda qaldı

Növbəti yazı

Devis kubokunda ilk