Messiyə istirahət verildi
PSJ-nin ulduz futbolçusu Lionel Messi Fransa kubokunun “Feni-Olnua” ilə oyununu buraxacaq. Bu barədə qərarı Paris təmsilçisinin məşqçilər korpusu verib.
Onlar argentinalı hücumçuya istirahət verməyi məqsədəuyğun sayıb. Bu səbəbdən də cənubi amerikalı aşağı liqa təmsilçisi ilə 1/32 final matçını buraxacaq. Onun adı bu gecə saat 00:00-da başlayacaq görüşün iştirak ərizəsinə daxil edilməyib.