Messiyə ağlasığmaz təklif
Lionel Messi futbol tarixinin ən yüksək ödənişli futbolçusu ola bilər. Argentinalı hücumçu Səudiyyə Ərəbistanından ağlasığmaz təklif alıb.
Asiyalılar 36 yaşlı forvarda illik 400 milyon dollar vəd edilib. PSJ-nin futbolçusu bu təklifə yayda cavab verəcək. Bu klubun adı açıqlanmır.
Qeyd edək ki, hazırda Paris klubunda çıxış edən Messinin “Barselona”ya qayıtmaq ehtimalı da yüksəkdir.