Messinin zədəsi davam edir
“İnter Mayami”də ciddi itki yaşanır. Komandanın hücumçusu Lionel Messinin zədəsi davam edir.
Onun yaşıl meydanlara nə zaman dönə biləcəyi məlum olub. Bildirilir ki, superulduz oktyabrın 5-də “Çikaqo Fayr”a qarşı oynamayacaq. Lakin argentinalının oktyabrın 8-də “Sinsinnati” ilə matçda meydana çıxacağı gözlənilir.